AZ

Xırdalanda manyak peyda olub - İDDİA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində manyak peyda olub.
Oxu.Az xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinini anası sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.
Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.
İddianı təqdim edirik:
@oxuaz

Xırdalanda manyak peyda olub- İDDİA

♬ orijinal ses - Oxu.az Son Xəbərlər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
28
oxu.az

10Mənbələr