AZ

Yəməndə miqrantları daşıyan qayıq çevrilib, 13 nəfər ölüb

Yəməndə miqrantları daşıyan qayıq çevrilib, 13 nəfər ölüb

Yəməndə miqrantları daşıyan qayığın Taiz sahillərində batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Dubab rayonunda Əl-Şura yaxınlığındakı Bab əl-Məndeb sahillərində tapılıb.

BMqT-nin Yəməndəki missiyasının rəhbərinin müavini Mett Huber vurğulayıb ki, son faciə miqrantların bu marşrutda üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
15
sonxeber.az

10Mənbələr