AZ

Cənubi Karolina 13 ildən sonra ilk edamı həyata keçirəcək

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Cənubi Karolina ştatı 13 ildən sonra ilk edamını sentyabrda həyata keçirəcək.

Trend xəbər verir ki, ölüm cəzası 1997-ci ildə Greenville mağazasının işçisini öldürən məhbus Freddie Eugene Owens-ə qarşı tətbiq olunacaq. Bu halda Ouens edam üsulunu özü seçə biləcək.

Agentlik vurğulayır ki, Cənubi Karolina uzun müddətdir ki, edamların sayına görə liderdir, lakin son illərdə ştat inyeksiya üçün dərman çatışmazlığı ilə üzləşib. Əczaçılıq şirkətləri bu cür dərmanları satdıqlarını açıqlamaqdan qorxurdular. Daha sonra ölümcül inyeksiya verənləri gizli saxlamaq üçün qanun qəbul edildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
hafta.az

2Mənbələr