AZ

“AzerGold”un törəmə şirkətinin nizamnamə kapitalı 1 milyon manat artırılıb

“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin nizamnamə kapitalı 1 milyon manat və yaxud 25 % artırılıb.

Şirkətin kapitalı 4 000 336 manatdan 5 000 336 manata çatdırılıb.

Xatırladaq ki, “Azerblast” Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun direktoru isə Rizvan Baxşıyevdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
11
banker.az

10Mənbələr