AZ

Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəni dayandırdı

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb.

Teleqraf.com xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan komandamız İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə uduzan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
16
teleqraf.com

10Mənbələr