AZ

"Barselona" yeni kapitanlarını rəsmən açıqladı

"Barselona" 2024/25 mövsümü üçün kapitanlarının adlarını açıqlayıb.

News24.az QOL.az-aistinadla xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

1-ci kapitan qapıçı Mark-Andre ter Ştegen olacaq. Digər kapitanlar isə mərkəz müdafiəçisi Ronald Arauxo, hücumameyilli yarımmüdafiəçi Frenkie de Yonq, cinah yarımmüdafiəçisi Rafinya və mərkəz yarımmüdafiəçisi Pedridir.

Bildirilir ki, Kataloniya klubunun digər futbolçuları bu oyunçuların namizədliyinə səs verib.

Qeyd edək ki, ötən mövsüm "Blauqrana"nın 1-ci kapitanı bu mövsümün sonunda klubdan ayrılan yarımmüdafiəçi Serji Roberto idi. Ter Ştegen 2023/2024 mövsümündə komandanın 2-ci kapitanı olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
15
news24.az

10Mənbələr