AZ

Azərbaycanlı şairə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib – FOTO

Azərbaycanlı şairə Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid sözügedən qurumun tarixindən və ədəbiyyatın inkişafında oynadığı roldan söz açıb. O, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrin, o cümlədən türkdilli ölkələrlə əlaqələrin yaradılmasındakı rolundan danışıb.

Azərbaycanlı şair və yazıçıların təşkilata üzv olmasının əhəmiyyətindən söz açan S.Seyyid şairə Xuraman Muradovaya Özbəkistan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edib.

Daha sonra çıxış edən şairə ona göstərilmiş etimadı yüksək qiymətləndirərək gələcəkdə daha böyük həvəs və əzmlə çalışacağını, iki qardaş ölkə poeziyasevərlərinin zövqünü oxşayacaq əsərlər qələmə alacağını söyləyib.

Çıxış edənlər Xuraman Muradovanı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.

DOĞRU.AZ

image-17242586831034716343_1200x630 image-17242586832075326053_1200x630 image-17242586835522714614_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
5
infoaz.ws

6Mənbələr