AZ

Birinin nəvəsi, digərinin övladı tələbə oldu - Fotolar

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlanıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib, onlardan 55656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

“Qafqazinfo”nun məlumatına görə, tələbə adını qazananlar arasında tanınmış simaların övladları, yaxınları var:

Belə ki, Əməkdar artist Sənubər İsgəndərlinin nəvəsi Nəzrin ali məktəbə qəbul olub.

Oğlu Bartu aparıcı Zaur Kamalı sevindirib. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovanın oğlu Ülvi Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə qəbul olub. Ülvinin atası aktyor Şövqi Hüseynovdur. 

Müğənni Elnarə Xəilovanın qızı Burlaxatun Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
4
qafqazinfo.az

10Mənbələr