AZ

Rusiyada məhkumlar koloniyanı ələ keçirdilər: ölənlər var - video

Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı islah koloniyasını ələ keçiriblər.

Məlumata görə, koloniyada üsyan baş verib. Bir neçə məhbus Federal Penitensiar Xidmətinin dörd əməkdaşını girov götürüb və birini öldürüb. Həmçinin üç nəfərin də yaralandığı bildirilir.

Koloniyaya xüsusi təyinatlılar cəlb edilib. Hücum edənlər özlərini İŞİD üzvü adlandırırlar.

Zorakılıq aktı intizam komissiyasının iclası zamanı baş verib. Beşə qədər əməkdaş girov götürülüb.

İlkin məlumata görə, hücum edənlərin sayı dörd nəfər olub. Ümumilikdə müəssisədə 1 230 məhbus var.

Volqoqrad koloniyasında əməkdaşları girov radikallar ölkəni tərk etmək üçün pilotlu helikopter, iki milyon dollar və cənub-şərq istiqamətində hava dəhlizi tələb ediblər. Bundan sonra girovları azad edəcəklərinə söz veriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
5
buta.media

6Mənbələr