AZ

Qaraciyər çatışmazlığından əziyyət çəkən altıaylıq körpənin yardıma ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Altıaylıq körpə Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası İradə Abbasova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:
"Zəhra bu ilin fevral ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında olsa da, doğumdan sonra onun qaraciyər çatışmazlığından əziyyət çəkdiyini öyrəndik.
Doğulan gündən müalicələrini, müayinələrini etmişik. Hazırda onun müalicəyə ehtiyacı var".
İradə Abbasova övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduqlarını deyib:
"Sizin saytın izləyicilərinin dəstəyi ilə biz Türkiyəyə yollandıq. Orda müayinələrdən keçdik. Sizin izləyicilərin dəstəyi ilə də müalicələrini davam etdirə bilirik. Hazırda müalicələr üçün bizim 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm.
Zəhra çox balacadır, onu bu amansız xəstəliyin cənginə buraxmamağınızı sizdən xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 719-91-09.
Bank Respublika: 4244 4848 4737 7771.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
24
oxu.az

10Mənbələr