AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi: Bu gün daha sürətli oynadıq

Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov Estoniyanın “Sillamae Silla” kollektivini 7:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis rəqib üzərində böyük hesablı qələbəni şərh edib: “Oyunumuzda sürət artmışdı. Düzdür, qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. Ümid edirəm ki, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” ilə matçda realizə edərik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk turda Şimali İrlandiya klubu “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edib. Azərbaycan çempionu qrupdakı son görüşünü avqustun 24-də İsveçin “Udevalla” komandasına qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
sia.az

3Mənbələr