AZ

Seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb


Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, Azərbaycanın 16 illik uğurlu və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən veb-kamera təcrübəsi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn Milli Məclisə seçkilərdə də reallaşdırılır.
“Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar”, - Rövzət Qasımov qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
14
yeniavaz.com

10Mənbələr