AZ

Ronaldoya qızıl düymə verildi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “YouTube”dan qızıl düymə alıb.

Publika.az xəbər verir ki, Ronaldo bunu kanaldakı növbəti videoda nümayiş etdirib.

Kriştiano dünən, avqustun 21-də “YouTube” kanalının yaradıldığını elan etdi. Bu günə qədər 17,9 milyondan çox hesab kanala abunə olub.

Daha əvvəl bildirilmişdi ki, Ronaldonun kanalı ilk milyon abunəçinin toplanmasına sərf olunan vaxtın həcminə görə platforma tarixində ən sürətli olub. Qeyd edilib ki, dünya rekorduna nail olmaq üçün kanala 90 dəqiqə vaxt lazım olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
publika.az

3Mənbələr