AZ

İranda hər 7 saatda bir nəfər asılır

İranda son bir ay ərzində 100-dən çox insan edam edilib. 

“Cebheinfo.az” xəbər verir ki, iyul ayının sonlarından bu günə qədər ölkənin Ədliyyə-Məhkəmə Sistemi hər 7 saatda orta hesabla bir məhbusu dar ağacından asaraq edam edib. 

İran İnsan Haqları Təşkilatı  HRANA-nın məlumatına görə, bu ay ərzində ölkə zindanlarında ən azı 106 məhbus edam edilib. 

Bildirilib ki, cari ilin əvvəlindən İran həbsxanalarında 15-i qadın olmaqla 388 nəfərin ölüm hökmü icra edilib. 

Avqustun 7-də HRANA İranla İsrail arasında gərginliyin artması fonunda ölkədə məhbusların kütləvi şəkildə edam olunması ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti İrandakı edam maşınına təcili diqqət yetirməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
cebheinfo.az

4Mənbələr