AZ

Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 40 min 265-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin Qəzza zolağına 321 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “4 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 42 fələstinlinin həyatını itirdiyi, 163 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 265-ə, yaralıların sayının isə 93 min 144-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
8
cebheinfo.az

10Mənbələr