AZ

“Dörd təkərli otağımı bərpa etdim”

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov ilk avtomobili ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi “Nissan Almera” markalı nəqliyyat vasitəsinin fotosunu sosial şəbəkə hesabında yayımlayaraq onu təmir etdiyini bildirib. 

“Tanış olun… Bu “Almeradır”. Mənin ilk avtomomobilim. Dörd təkərli otağımı tam bərpa etdim. Hər şeyə görə çox sağol”, - deyə Nəvai yazıb.

Xatırladaq ki, N.Bəkirov sözügedən avtomobili ilə bağlı “Bu avtomobil 2016-ci ilin buraxılışıdır. Mexanikadır. Bu avtomobildə mən 4 il taksi fəaliyyəti ilə məşğul olmuşam. Günlər olub ki, içində yatmışam. Bu nəqliyyat vasitəsini alanda çox pis vəziyyətdə idi” açıqlamasını vermişdi.

Qeyd edək ki, bir müddət əvvəl N.Bəkirov avtomobil kolleksiyasının 5,6 milyon manat olduğunu açıqlamışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
26
olay.az

10Mənbələr