AZ

Bakıda 2 moped oğurlayan şəxs tutuldu

Image

Bakıda 2 moped oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 21-də Nizami rayonu C.Naxçıvanski küçəsində 1500 manat dəyərində moped oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş A.Əliyev mopedlə birgə saxlanılıb.

Araşdırmalarla A.Əliyev başqa bir şəxsə məxsus 1200 manat dəyərində daha bir moped oğurlaması da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
baki-xeber.com

4Mənbələr