AZ

"Bonayre xalqı ilk dəfədir beynəlxalq konfransda öz hüquqları uğrunda mübarizə ilə bağlı sözünü deyə bilir"- Ceyms Finis

Image

Mən Karib dənizində yerləşən Bonayre adasından gəlmişəm. Bizim dilimiz Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı bacaran və mövcudluğunu qoruyub saxlayan iki dildən biridir.

Beynəlxalq konfransın təşkilində dəstəyə görə Bonayre xalqı adından Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqınıza təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.

Bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis avqustun 22-də Bakıda keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransda səsləndirib.

“Bonayre xalqı tarixində ilk dəfədir ki, indiki və gələcək nəsillərin hüquqları uğrunda mübarizə naminə bu beynəlxalq konfransda öz sözünü söyləyə bilir”, - deyə Ceyms Finis qeyd edib.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
7
baki-xeber.com

8Mənbələr