AZ

Ronaldo sosial şəbəkədə yeni rekorda imza atıb

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo "YouTube" platformasında rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

"YouTube" bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
29
bakivaxti.az

10Mənbələr