AZ

Moskvanın mərkəzində insan qalıqları olan 37 qutu və yeddi konteyner aşkar edilib

Moskvanın Slavyanskaya meydanında bərpa işləri zamanı içərisində insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.

seher.media xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Qeyri-adi tapıntı barədə dərhal polisə məlumat verilib. Məlumata görə, qalıqlar bir gün əvvəl bərpa işləri zamanı tapılıb.

Mənbənin bildirdiyinə görə, tapılan qalıqların 16-17-ci əsrlərə aid olduğu ehtimal edilir. Onların 50 ildən çox müddətdir orada qaldığı güman olunur. Qutu və konteynerlər götürülərək morqa göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
32
seher.media

10Mənbələr