AZ

Dünya çempionatı: İki güləşçimizdən vida, ikisi titula doğru

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilərinin yarışına yekun vurulacaq.

Dünya çempionatında Azərbaycan millisinin 2 idmançısı medal görüşünə çıxacaq. Onlar titul uğrunda güləşəcəklər.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi

4️5️ kq
Şahid Nəbiyev təsəlliverici görüşdə iranlı Əhməd Badraddini ilə üz-üzə gəlib. Rəqib 9:4 hesabı ilə qalib gəldiyindən təmsilçimiz çıxışını başa vurub.

51 kq
Turan Daşdəmirov çempionluq qarşılaşmasına çıxacaq. O, dünya çempionatının qızıl medalı üçün qırğızıstanlı Kutman Kalbayevlə güləşəcək.

6️0️ kq
Ayxan Cavadov da dünya çempionluğu uğrunda gücünü yoxlayacaq. Güləşçimiz qızıl medal görüşündə gürcüstanlı Vaxtanq Lolua ilə münasibətinə aydınlıq gətirəcək.

7️1️ kq
Yusif Əhmədli təsəlliverici görüşdə amerikalı Jozef Jeterlə güləşəcək. Həmyerlimiz 7:10 hesabı ilə uduzaraq, mundailla vidalaşıb.

Qeyd edək ki, bir gün öncə yunan-Roma güləşçimiz Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
idman.biz

4Mənbələr