AZ

"Qalatasaray"ın istədiyi İlkay Gündoğan "Mançester Siti"yə qayıda bilər

app.update_app_description



İspaniyanın "Barselona" klubunun futbolçusu İlkay Gündoğan karyerasını yenidən İngiltərə təmsilçisi "Mançester Siti"də davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçinin komandaya qayıtmasına razılıq verib.
Artıq tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib. Gündoğanı Türkiyənin "Qalatasaray" və Səudiyyə Ərəbistanı ilə Qətər klubları da heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
oxu.az

4Mənbələr