AZ

İran-Rusiya qarşıdurması Azərbaycana nə vəd edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müşahidələrim onu göstərir ki, İran və Rusiyanın bu regionda yaxın olmaqdan, eyni xətt üzərində durmaqdan başqa yolları yoxdur".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
O qeyd edib ki, hazırda Rusiya-İran arasındakı gərginlik nəticə etibarilə onların hər hansı danışıq içərisində olduğu fikrini ortaya qoyur:
"İran və Rusiya Qafqaz uğrunda tarixdə çox vaxt mübarizə aparıblar. Nəticədə bizim üçün Türkmənçay müqaviləsi kimi bir travma ortaya çıxıb. Rusiya və İran Türkmənçay müqaviləsi ilə əlaqələrini və regiona olan münasibətlərini aydınlaşdırıblar. Nəticədə uduzan Azərbaycan və Türk dünyası olub. Yəni bundan sonra İran və Rusiya arasındakı münasibətlər həmin razılaşma kontekstində olub. İran Rusiyaya təzyiq edir, hər halda bunu nəyəsə güvənib edir. Deməli, onlar əvvəl-axır masaya oturacaq, bağlı qapılar arxasında müzakirələr aparacaq və bir razılığa gələcəklər".
T.İbrahimov diqqətə çatdırıb ki, "İran-Rusiya qarşıdurması, onun nəticəsində masaya oturma və çıxacaq qərar Azərbaycana nə vəd edir?" sualı ətrafında düşünmək lazımdır:
"Unutmaq olmaz ki, 2024-cü ilin Azərbaycanı o dövrlərdəki Azərbaycan deyil. 2024-cü ildəki Azərbaycan ilə Rusiya arasında münasibətlər, ölkəmizin əldə etdiyi geosiyasi üstünlük, müəyyən dövlətlər üçün oynadığı rol tam fərqlidir. Bu bizə İran-Rusiya arasındakı gərginliyin bir nəticəyə bağlanacağı təqdirdə Azərbaycanın və Türk dünyasının zərərinə olmayacağı düşüncəsinə gətirib çıxarır".
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
oxu.az

10Mənbələr