AZ

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin detalları

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin bəzi detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Rəşad Çıraqov anası, 45 yaşlı Natella Çıraqovanı qısqanclıq zəminində qətlə yetirib.

Hadisə onların birlikdə yaşadıqları evdə gecə saatlarında baş verib.

Məlumatlara görə, N.Çıraqova ərindən boşanıbmış. O, süpürgəçi işləyirmiş.

08:08

Avqustun 20-də 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Natella Tapdıq qızı Çıraqovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, N.Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Xalid oğlu Çıraqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Mingəçevir Şəhər Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
oxu24.com

10Mənbələr