AZ

Yeni nazir müavininin başı bəlada: Robert Köçəryanın qızı Qayane ilə fotosu yayıldı

Bu günlərdə internetdə ədliyyə nazirinin yeni təyin olunmuş müavini Sirvard Gevorgyanın Robert Köçəryanın qızı Qayane ilə fotosu yayılıb. 

Bizim.Media "hraparak.am" saytına istinadən xəbər verir ki, bu fotodan sonra nazir müavininin "başı bəlaya girib".

Buna aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin rəsmi səhifəsində Sirvard Gevorgyanın adından mətn dərc edilib.

Mətndə nazir müavini bəhanələr gətirib və bildirib ki, Köçəryanın qızı sadəcə olaraq onunla eynu fakültədə, eyni kursda oxuyub:

“Bu foto 2019-cu ildə təşkil olunmuş tədbir zamanı çəkilib. Məni də  digər tələbə yoldaşlarımla birlikdə o məclisə dəvət etmişdilər. Fotoda görünən 2000-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olanda 200 tələbə yoldaşım kimi tanış olduğum qrup yoldaşım Robert Köçəryanın qızıdır.

Uzun illər işlədiyim müddətdə heç bir partiyanın üzvü, heç bir siyasətçinin tərəfdarı olmamışam və Robert Köçəryanla şəxsən görüşməmişəm...”.

Mətnin ikinci hissəsində nazir müavini öz tərcümeyi-halını təqdim edir, sonda isə Nikol Paşinyana təşəkkür edir. 

“Mənə bu vəzifəni etibar etdiyi üçün baş nazir Nikol Paşinyana təşəkkür edirəm. Gündəlik işimlə Ermənistan Respublikasının və hökumətin qəbul etdiyi strategiyalara sadiq olduğumu sübut edəcəm”.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
bizim.media

10Mənbələr