AZ

Sabah Bakıda 36 dərəcə isti olacaq

Bakı. Trend:

Avqustun 21-də Azərbaycanda hava şəraitinin yağmursuz keçəcəyigözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhərcənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuzkeçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdəqısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə vəsəhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 32-37°, dağlarda gecə13-18°, gündüz 19-24° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
3
az.trend.az

10Mənbələr