AZ

Kamala Harris prezidentliyə namizədlərin debatında iştirak etməyəcək? - FOTO

ABŞ prezidentliyinə namizəd Kamala Harris “FoxNew”-da keçirilməsi nəzərdə tutlan prezidentliyə namizədlərin debatında iştirak etməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə digər namizəd Donald Tramp “Truth Social” platformasında məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, Kamala Harris 4 sentyabrda “FoxNews”da keçirilməsi nəzərdə tutulan prezidentliyə namizədlərin debatında iştirak etməyəcəyini özü bildirib. 

“Bu hadisə məndə təəccüb doğurmadı. Çünki, hiss edirəm ki, o (Kamala – red.) özünü və ideyalarını müdafiə etməyin necə çətin olacağını bilir.  İnandığı hər şeyin: “Pensilvaniyada frekinq olmayacaq” (Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu – red.) fikrinin, dəhşətli çıxışında səsləndirdiyi sərhəd haqqında dediklərinin sınaqdan keçirilməmiş boş nəzəriyyələr olduğunu özü də bilir”. 

Tramp onu da qeyd edib ki, həmin gün nəzərdə tutulmuş debatın əvəzinə o, seçicilərin suallarını cavablandıracaq. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
27
bizim.media

10Mənbələr