RU

Tramp Baydenin narkotik testindən keçirilməsini tələb etdi

ABŞ prezidentliyinə namizəd Respublikaçı Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin iyunun əvvəlində hər ikisinin iştirak edəcəyi seçkiqabağı debatdan əvvəl narkotik testindən keçməsini tələb edib.

Bu barədə New York Post qəzeti məlumat yayıb.

Trampın fikrinə görə, Bayden martdakı çıxışı zamanı narkotikin təsiri altında olub.

Baydenin komandası hələ Trampın tələbi ilə bağlı açıqlama verməyib.

Jurnalistlərin xatırladığı kimi, bu ilin mart ayında ölkədəki vəziyyətlə bağlı uzun çıxışı zamanı Bayden yüksək səslə və kifayət qədər tez danışıb.

Xatırladaq ki, 2020-ci ildə Tramp Baydendən son prezidentlik debatlarından əvvəl narkotik testi verməsini tələb etmişdi, lakin heç bir namizəd test verməmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
133
50
sherg.az

10Источники