AZ

Bayden: Tramp ləyaqətlə uduzmağı bilmir

ABŞ prezidenti Co Bayden siyasi rəqibi Donald Trampı məğlubiyyəti ləyaqətlə qəbul edə bilməməkdə ittiham edib.

“İki sahil” xəbər verir ki,  Amerika lideri bu barədə Atlantada tərəfdarları ilə görüşündə deyib.

ABŞ-da qarşıdan gələn prezident seçkiləri və Tramp haqqında danışan amerikalı lider əlavə edib: "Əslində təhlükə altında olan bizim demokratiyadır. Onun dediklərinə qulaq asın. Ondan məğlubiyyəti qəbul edib-etməyəcəyini soruşdular. O dedi ki, bu, vəziyyətdən asılıdır”.

Praymerizlərin (ilkin seçkilər) və kokusların (partiya fəallarının görüşləri) nəticələrinə əsasən, Tramp və Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olacaqlarına zəmanət alıblar. Trampın namizədliyi ABŞ Respublikaçılar Partiyasının iyulun 15-18-də Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək milli qurultayında təsdiqlənməlidir. Demokratların avqustun 19-22-də Çikaqoda keçiriləcək qurultayında isə Baydenin namizədliyininin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, C.Bayden ABŞ prezidenti kimi ikinci müddətə namizədliyini irəli sürür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
41
ikisahil.az

10Mənbələr