RU

Lənkəranda baş verən zəlzələdən sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb

Bakı, 11 may, AZƏRTAC

Bu gün Lənkəranda baş verən zəlzələdən sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

Bu barədə AZƏRTAC-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

“Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir”, - deyə V.Rafiqqızı bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
5
azertag.az

10Источники