AZ

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Lənkəranda

Bakı, 11 may, AZƏRTAC

Lənkəranda yenidən zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.4 bala bərabər olub.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

19:18

Bu gün Lənkəranda baş verən zəlzələdən sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

Bu barədə AZƏRTAC-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

“Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir. Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etməyi xahiş edirik”, - deyə V.Rafiqqızı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
5
azertag.az

10Mənbələr