RU

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Cəlal Əlipənah oğlu Ələkbərov və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Xeyrulla Seyfulla oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
11
oxu.az

9Источники