AZ

“Mersedes” maneəyə çırpılıb

Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
11
ikisahil.az

9Mənbələr