RU

ABŞ Ukraynaya qoşun yeritmək niyyətində olmadığını bildirib

ABŞ öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.

 

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

 

"ABŞ prezidenti Co Bayden Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirdi”,-deyə  Metyu Miller qeyd edib.

 

 

Bir gün əvvəl ABŞ Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Ceffris demişdi ki, Ukrayna məğlub olarsa, Vaşinqton öz qoşunlarından istifadə edərək münaqişəyə müdaxilə etməli ola bilər.

 

Qərb siyasətçilərinin Ukrayna ilə bağlı bəyanatları çevik reaksiya tələb edir. Bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Ukraynada peyda olan F-16 qırıcılarını nüvə silahı daşıyıcısı kimi qəbul edəcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
168
50
Источники
Комментарий ()
Закрывать