AZ

Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya qoşunları Ukraynanın daha altı yaşayış məntəqəsini nəzarətə götürüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, ordu Xarkov vilayətində Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya kəndlərini, Donetskdə isə Keramik məntəqəsini ələ keçirib.

Xatırladaq ki, Rusiya qoşunları bir neçə gün öncə Xarkovun Kislovka kəndini nəzarətə götürüb, ötən həftə ərzində isə Donetskin Novokalinovo, Oçeretino və Solovyovo kəndini ələ keçirib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
364
44
yenisabah.az

10Mənbələr