RU

Kemeron: NATO qoşunlarının Ukraynaya göndərilməsi təhlükəlidir

NATO bölmələrinin Ukraynaya göndərilməsi vəziyyətin təhlükəli hala gəlməsinə və gərginləşməsinə səbəb ola bilər, bu addıma ehtiyac yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalına müsahibəsində Fransa prezidenti Emmanuel Makronun daha əvvəl hadisələrin bu cür inkişafını istisna edə bilməyəcəyi barədə fikirlərini şərh edərkən bildirib.

Ukraynada səfərdə olan Kemeron deyib: "Mən NATO qoşunlarını ölkəyə göndərməzdim, çünki bu, təhlükəli eskalasiya olardı. Bu da lazım deyil. Biz indiyədək 60 mindən çox ukraynalı əsgərə təlim keçmişik. Məncə, NATO əsgərlərinin rus əsgərlərini öldürməsi düzgün olmazdı". 

Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyəti" son dərəcə təhlükəli gələcək" yaradacaq, çünki bu, Çin və İrana qonşularına qarşı təcavüzün məqbul olduğunu göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
44
operativmedia.az

10Источники