RU

Lunin yeni müqavilə üçün razılaşdı

Andrey Lunin “Real”da qalmağa qərar verib. Ukraynalı qapıçı tezliklə yeni müqavilə imzalayacaq. O, 2028-ci ilin yayınadək nəzərdə tutulan anlaşmanın şərtlərini razılaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Tibo Kurtuanın zədələnməsindən sonra “çərçivə”yə keçən qolkiper ümidləri doğruldub. “Çelsi”dən icarəyə götürülən Kepa Arissabalaqa ilə rəqabətdən qalib ayrılan Lunin, komandanın bu mövsümdəki uğurlarında əsas pay sahibidir. “Real” rəhbərliyi bu səbəbdən onunla yola davam etmək qərarı verib.

Əsas heyətdə daim oynamaq üçün yeni klub axtaran Andreyə şans qazanacağı vədi verilib. Kurtua sağaldıqdan sonra yeni qapıçı alınmayacaq və o, ukraynalı ilə rəqabət aparacaq. Beləcə Lunin daha 3-cü qapıçı sayılmayacaq.

25 yaşlı əlcək sahibi 2018-ci ildə Luqansk “Zarya”sından transfer edilib. Müxtəlif vaxtlarda “Leqanyes”, “Valyadolid” və “Ovyedo”da icarədə olan qolkiper 2020-ci ildən Madrid klubunun daimi üzvüdür. Onun hazırkı müqaviləsi gələn mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
9
futbolinfo.az

10Источники