AZ

“Real” çempion olduğu üçün bu klub 2 milyon qazandı

"Real”ın qapıçısı Andrey Lunin sabiq klubu “Zarya”ya sanballı məbləğ qazandırıb. SİA xəbər verir ki, bu, “Real”ın ÇL-in fiinalına vəsiqə qazanmasından sonra bəlli olub.

Mənbənin sözlərinə görə, “Zarya”ya Lunin üçün “Real”dan 2 milyon avro mükafat alacağına zəmanət verilib. Luqansk klubu Andreyin “Qalaktikos”da 10 oyun keçirməsinə görə bir milyon alacaq. “Zarya” həmçinin La Liqada çempionluq üçün də “Real”dan daha bir milyon alacaq.

Luqansk komandası daha bir milyona iddia edir: bunun üçün “Real” Çempionlar Liqasını qazanmalı və Lunin turnirdəki matçların 50% -dən çoxunda meydanda olmalıdır.

Lunin bu mövsüm “Real”ın heyətində 30 oyun keçirib, 28 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
sia.az

10Mənbələr