Kiyevdə iki xəstəxana Belarus DTK-nın hücum xəbərdarlığından sonra dərhal boşaldılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Kiyev administrasiyası iki xəstəxananın, o cümlədən uşaq tibb müəssisəsinin boşaldılmasını elan edib.
“Xəstələrin və işçilərin təcili təxliyə edilməsinə səbəb sosial şəbəkələrdə bu xəstəxanaların vurula biləcəyini iddia edən videonun yayılması olub”, – nəşr yazır.