RU

Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 2001-ci il təvəllüdlü Rzayev Kamran Şücaət oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
50
Источники
Комментарий ()
Закрывать