Bakının Nərimanov rayonunda 39 yaşlı qadın yol qəzasında xəsarət alıb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Mehdiyeva Fəzilə Məmmədmirzə qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.