Heyli Biber, Cennifer Eniston, Rihanna kmi məşhurlar sadəcə öz sənətləri ilə deyil, onlara aid gözəllik markalarının satışı ilə də tez-tez gündəmə gəlirlər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni Selena Qomez də öz gözəllik markasını geniş kütləyə çatdırmağı bacardı.
"The Business of Fashion"ın yaydığı məlumata əsasən, ifaçının markası 2 milyard dollar dəyərindədir. O sadəcə ənlik satışlarından 70 milyon dollar qazanıb.
"Time100 Summit" adlı tədbirdə çıxış edən Selena, markasını heç vaxt satmağı düşünmədiyini bildirib. O əksinə markasını daha da böyütməyi planlaşdırır.
Gözəllik markası yaradan bəzi dünya məşhurları öz markalarını kosmetika şirkətlərinə sataraq yüksək məbləğdə pul qazanıblar.