Rusiya-Ukrayna müharibəsinin nəticələri hamıya xoş gəlməyəcək – Volodimir Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “Fox News” telekanalına müsahibəsində ölkədəki münaqişənin nəticələrinin hər kəsə xoş gəlməyəcəyini bildirib.
O, həmçinin 61 milyard dollarlıq hərbi yardım paketinə görə ABŞ hakimiyyətinə təşəkkür edib: “Bunun necə olacağını bilmirəm, hamının xoşbəxt olacağına əmin deyiləm” – Zelenski deyib. Ukrayna prezidentinin sözlərinə görə, o, “hərbi yardımın mümkün qədər tez gələcəyinə ümid edir. Əks halda Rusiya ordusu Ukrayna qoşunlarını “geri oturdacaq”.
//Samir Qurbanov, Editor.az