RU

Səyahətə pul xərcləmirik - Sevda

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində xarici səfərlərindən danışıb.

Day.Az xəbər verir ki, o, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:

"Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimiz reklam xarakterli olduğu üçün pulsuz başa gəlir. Çünki mənim instaqram səhifəmdə 1 milyon 800 minə yaxın izləyicim var.

Həmişə arzum olub ki, dünyanı gəzim. Şükür ki, Zakir çıxdı qarşıma. Həm həkimdir, həm də səyyahdır. Biri-birimizə qoşulub gəzirik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
2
day.az

5Источники