AZ

Sevda: Səyahətə pul xərcləmirik

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində xarici səfərlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:

"Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimiz reklam xarakterli olduğu üçün pulsuz başa gəlir. Çünki mənim instaqram səhifəmdə 1 milyon 800 minə yaxın izləyicim var.

Həmişə arzum olub ki, dünyanı gəzim. Şükür ki, Zakir çıxdı qarşıma. Həm həkimdir, həm də səyyahdır. Biri-birimizə qoşulub gəzirik".


Telegram kanalımız
Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla