RU

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun hibrid formatda 4-cü iclası keçirilib.

“Report””un nazirliyə istinadən verdiyi məlumata görə, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları qabaqladığı vurğulanıb.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri İzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrə əməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələrində həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerji şirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədən irəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qaz ticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadə olunub.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərinin nəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər iki ölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.

İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasında qarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsi təşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılması və enerji effektivliyi fondlarının idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasının gələn il Budapeştdə keçirilməsi qərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
8
report.az

9Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh