AZ

Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti vəMacarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun hibridformatda 4-cü iclası keçirilib.

Trend xəbər verir ki, İşçi Qrupun həmsədri, EnergetikaNazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək, Azərbaycanilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədəolduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığıninkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdəkeçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji,həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfəverdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planlarıqabaqladığı vurğulanıb.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və TicarətNazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanımİzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkıvəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərinibölüşüb.

İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüşişlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrəəməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerjisəmərəliliyi sahələrində həyata keçirilən layihələrə dairtəqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerjişirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədənirəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qazticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadəolunub.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşılenerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıqhaqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərininnəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər ikiölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.

İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasındaqarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsitəşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsininaparılması və enerji effektivliyi fondlarının idarə edilməsi iləbağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasınınyekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasınıngələn il Budapeştdə keçirilməsi qərara alınıb.

Azərbaycan-Macarıstan
Azərbaycan-Macarıstan
Azərbaycan-Macarıstan
Azərbaycan-Macarıstan
Azərbaycan-Macarıstan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
Mənbələr
Şərh ()
Bağla