![“Yuventus”](https://azertag.az/files/2024/1/1200x630/171390678291067377_1200x630.jpeg)
Bakı, 24 aprel, AZƏRTAC
Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk görüşdə "Latsio"nu 2:0 hesabı ilə məğlub edən “Yuventus” bu dəfə rəqibi ilə Romada qarşılaşıb. Turin təmsilçisi 1:2 hesablı məğlubiyyət alsa da, birinci matçda qazandığı qələbə hesabına finala yüksəlib.
"Qoca sinyora"nın həlledici mərhələdəki rəqibi bu gün keçiriləcək “Atalanta” – “Fiorentina” oyunundan sonra məlum olacaq. Bu cütün ilk görüşündə Florensiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.