AZ

İtaliya Kubokunun qalibi bəlli oldu

“Yuventus” klubu finalda “Atalanta”ya qalib gələrək 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.

Sportnet.az xəbər verir ki, Romadakı “Stadio Olimpiko”da keçirilən görüş “qoca sinyora”nın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 4-cü dəqiqədə Andrea Kambiasonun ötürməsini dəqiq tamamlayan Duşan Vlahoviç vurub. O, 72-ci dəqiqədə ikinci dəfə fərqlənsə də, VAR sistemi oyundankənar vəziyyət qeydə alıb.

“Yuventus” bu turnirdə qazanılan kubokların sayına görə mütləq rekorda sahibdir. Turin təmsilçisinin ən yaxın izləyiciləri “Roma” və “İnter” hərəyə 9 dəfə İtaliya Kubokunun qalibi olublar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
4
sportnet.az

10Mənbələr