RU

İsrail son 200 gündə  8430 fələstinlini həbs edib

İsrail qüvvələri Qəzza zolağına hücumlarını 200-cü gündür davam etdirərkən,  İordan çayının qərb sahili və Şərqi Qüdsdə də basqınlarını və həbslərini davam etdirir.

 

Oxu24.com  xəbər  verir   ki,  Fələstinli Məhbuslar Klubundan verilən açıqlamaya görə, oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə pozuntularını artıran İsrail, son 200 gündə ən az 8430 nəfəri nəzarətə götürüb.

 

Açıqlamaya görə, saxlanılanların 280-i qadın, 540-ı isə uşaqdır.

 

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 8430 fələstinlini həbs edib, həbsxanalardakı fələstinlilərin ümumi sayı 9500-ü keçib, onlardan 3660-ı inzibati məhbusdur.

 

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində qanun pozuntularını artıran İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində son 200 gündə 122-si uşaq və 4-ü qadın olmaqla 487 nəfər ölüb. Qəzzaya hücumlar başladığında 4 min adam ölüb, 900 adam yaralanıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
155
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг